Ölkə futbolu

“Lill”in futbolçusu: “Bu bizdə stresə səbəb oldu”

“Qəbələ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində səfərdə “Lill”lə 1:1 bərabərə qalıb.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra rəqib komandanın futbolçusu Erik Botik bunları deyib:

“Biz meydanda hər şeyimizi qoyub mübarizə apardıq. Məyusuq. Komandanın heyətindəki bir çox oyunçular Avrokuboklarda heçvaxt oynamayıblar. Bu da bizdə stresə səbəb oldu. Qapımızı toxunulmaz saxlaya bilmədik və erkən bir qol buraxdıq. Bərabərlik qolunu vursaq da, ardını gətirə bilmədiyimiz üçün üzgünəm. Bıçaq sümüyə dirənib və bu turu mütləq keçməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43