İdman

Madrid derbisi polşalılara tapşırıldı

UEFA Super Kubokunda Madridin “Real” və “Atletiko” klubları üz-üzə gələcəklər.

İdmanxeber.com-un məlumatına görə, Madrid derbisini idarə edəcək hakimlər açıqlanıb. Oyunu polşalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Şimon Marçinyak olacaq. Ona Pavel Sokolniçki və Tomaş Listkeviç yardım edəcəklər. Dördüncü hakim funksiyasını Ovidiu Alin Hateqan yerinə yetirəcək. Pavel Raskovki və Tomal Misyal isə əlavə hakimlər olacaq.

Qeyd edək ki, sözügedən oyunu avqustun 15-i Tallində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43