Kateqoriyasız

Mahir Emreli finalda da qol vurdu

Polşa Super Kubokunun sahibi müəyyənləşib. Titulu son ölkə kubokunun qalibi “Rakuv” əldə edib.

Onlar həlledici matçda son çempion – Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Legiya”dan güclü olub. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Rakuv” daha dəqiq oynayaraq Super Kuboku qazanıb – 4:3.

Mahir bu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 58-ci dəqiqədə, komandası 0:1 geridə olarkən meydana buraxılıb. Hücumçumuz 90+3-cü dəqiqədə vurduğu qolla “Legiya”nı məğlubiyyətdən xilas edib və matçı penaltilər seriyasına aparıb. Ancaq o, penaltilər seriyasında komandasının heyətində zərbəni qola çevirə bilməyən futbolçudan biri olub.

Mahir Emreli “Legiya”nın heyətində Çempionlar Liqası I təsnifat mərhələsində keçirilən iki oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Birinci divizion: Təxirə salınmış oyunun təyinatları açıqlandı

admin

UEFA “Qarabağ”ın futbolçusunu seçdi – SİYAHI

admin

“Harada və necə yoluxduğumu bilmirəm” – “Qarabağ”ın futbolçusu

admin