Kateqoriyasız

“Mahir Emreli mənim rəsmi müştərimdir”

FİFA agenti Endo Osmani şəxsi instaqram hesabında Azərbaycan millisinin “Legiya”da çıxış edən üzvü Mahir Emreli barədə paylaşım edib.

İdmanxeber.az-ın məlumatına görə, futbol meneceri 24 yaşlı hücumçunun şəklini paylaşıb və bunları yazıb: “Məmmuniyyətlə bildirmək istəyərdim ki, bu gündən etibarən Mahir Emreli mənim rəsmi müştərimdir. Mənə güvəndiyiniz üçün təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43