Ölkə futbolu

Mənə “Qəbələ”dən danış

Azarkeşə səbr et deyir

Keçir küncdə vurur, yeyir

Ona deyin xallar gedir

Nə vaxt olacaq qurtarış?

Mənə "Qəbələ"dən danış

***

Bu il evdə yox qələbə.

Qələbəsizlik düşür dəbə.

Xallar da pul deyil səpə.

Nə vaxt olacaq sıçrayış?

Mənə "Qəbələ"dən danış.

*** 

Rəqibin hər zəfərindən,

Qohumunun şəkərindən,

Kırımın dərd-qəhərindən,

Boş danışma, bir az çalış.

Mənə "Qəbələ"dən danış.

*** 

Avroliqa həyəcanı.

Hamı gözləyir o anı.

Xallar gələcəkdi, hanı?

Bacarmırsan, sən gəl barış.

Mənə "Qəbələ"dən danış

***

Pullar gedir, nəticə yox.

Məğlubiyyət sayı isə çox.

Maaşın da çox, qarnın da tox.

Rəhbərliyi üzmə, danış.

Qəbələdən yox, "Qəbələ"dən danış.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43