Milli komanda

Məşqçilər Komitəsi İdman direktorları ilə görüşüb – FOTOLAR

Məşqçilər Komitəsinin üzvləri bu gün AFFA-nın inzibati binasında assosiasiya tərəfindən klublara təhkim olunmuş idman direktorlarından ikisi ilə görüş keçirib.

İdmanxeber.com-un məlumatına görə, əvvəlcə, AZAL-ın idman direktoru Daril Villardla mövcud vəziyyəti dəyərləndirən Məşqçilər Komitəsi daha sonra “Qarabağ”ın idman direktoru Con van Loenlə fikir mübadiləsi aparıb, klublarda uşaq futbolunun inkişafı istiqamətində görülən işlər barədə məlumat əldə ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43