Dünyadan

Messi Ronaldonun bir addımlığında

La Liqanın 19-cu həftəsində “Barselona”nın argentinalı hücumçu Messinin 3 dəfə fərqləndiyi qarşılaşmada “Departivo” matçdan 4-0 hesabı ilə məğlub ayrıldı.

İdmanxeber.com-un məlumatına görə, bu görüşdən sonra 27 yaşındakı futbolçu  liqadakı 22-ci het-trikinə imza atıb və Alfredo Di Stefano və Telmo Zarraya çatıb. Liqada 23 dəfə üç və ya daha çox qol vuran “Real”ın futbolçusu Kriştiano Ronaldo, “La Liqayada ən çox het- trik edən futbolçu” adını özündə saxlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43