Dünyadan

“Milan” İnzaqidən tələb etdi – yalnız bu şərtlər altında qala bilər

Uğursuz çıxışı ilə azarkeşləri üzən “Milan” baş məşqçisi Filipo İnzaqini mövsümün sonunda istefaya göndərilə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun prezidenti Silvio Berluskoni açıqlamasında deyib.

O, İnzaqinin qarşısına hədəf kimi gələn mövsüm üçün Avropa Liqasına vəsiqə qazanmaq vəzifəsini qoyub. Əks təqdirdə 41 yaşlı mütəxəssislə yollar ayrılacaq.

Bunun üçün “Milan” A seriyasında 4-5-ci yerlərdən birini tutmalıdı. Hazırda “qırmızı-qaralar” 8-ci pillədə qərarlaşıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43