Dünya futbolu

“Milan” yeni transferini təqdim etdi

“Milan” heyətini yeni futbolçuyla gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, A Seriyası təmsilçisi “Portu”nun hücumçusu Andre Silvanı heyətinə cəlb edib. Portuqaliyalı forvardla 5 illik müqavilə imzalanıb. İtaliya klubu 21 yaşlı hücumçunun transferi üçün “Portu”ya 38 milyon avro ödəyib.

Qeyd edək ki, gənc hücumçu son mövsümdə “Portu”nun heyətində meydana çıxdığı 44 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43