Kateqoriyasız

Milli komandamızdan “Zirə”yə zərbə: iki oyunçu sıradan çıxdı

“Zirə” “Qarabağ”la oyun öncəsi iki itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə,  “Zirə”nin iki üzvü – Adil Nağıyev və Tellur Mütəllibov U-21 millimizin düşərgəsindən zədəli qayıdıb. 

Klubun mətbuat xidmətindən saytımıza bildirilib ki, hər iki futbolçu “Qarabağ”la oyunda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək “Qarabağ” – “Zirə” oyunu saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43