İdman

Millimizə 20 futbolçu dəvət olundu

Aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışında olacaq minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, baş məqşçi Elşad Quliyev milliyə 20 oyunçu cəlb edib.

Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”)

Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”)

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur)

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”)

Qeyd edək ki, komanda aprelin 30-da Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Monteneqro və Albaniyanın qatılacağı turnirdə iştirak edəcək.

Xatırladaq ki, toplanış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43