Kateqoriyasız

Millimiz Avropa çempionatında mübarizəni dayandırdı – Yenilənib

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Joze Alesio Da Silvanın komandası D qrupunun III turunda Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Amsterdamdakı “Ziggo Dome” zalında oynanılan qarşılaşma yığmanın 4:2 hesablı qələbəsiylə başa çatıb.

Bu qələbəyə baxmayaraq baxmayaraq Azərbaycan millisi Avropa çempionatında çıxışını başa vurub. Yığmamız 4 xalla qrupu 3-cü pillədə tamamlayıb.

Futzal üzrə Avropa çempionatı
D qrupu, III tur

29 yanvar

20:30. Azərbaycan – Bosniya və Herseqovina 4:2
Qollar: 
Bolinya, 13:22, Eduardo, 10:02, Vilela 32:35, Qallo, 39:52 – Radmiloviç 11:50, Kahvedziç, 31:20
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. “Ziggo Dome”

20:30. Gürcüstan – İspaniya – 0:8

Xal durumu: İspaniya- 7. Gürcüstan – 6. Azərbaycan – 4. Bosniya və Herseqovina – 0.

Qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43