Kateqoriyasız

Millimizin iki üzvü Bosniya və Herseqovinaya qarşı oynamayacaq

Dünən milli komandamızın 4 üzvü karantinə alınmışdı və onlardan PCR test götürülmüşdü.

Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb və hər ikisi bugünkü matçda iştirak etməyəcək, 7 gün karantində qalacaq.

Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Bosniya və Herseqovina ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43