İdman

Millimizin matçını idarə edəcək hakimlər briqadası bəlli olub

Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatındakı ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.

İdmanxeber.com-un FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, Mərakeşlə qarşılaşma anqolalı referiyə həvalə edilib.

 

Kolumbiyadakı mundial çərçivəsində bu gecə baş tutacaq matçı Anqoladan Joze Katemo idarə edəcək. Portuqaliyalı Eduardo Fernandes ikinci, türkiyəli Kamil Çətin üçüncü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, Azərbaycan – Mərakeş görüşü bu gecə saat 03:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43