İdman

Millimizin oyunu canlı yayımda

Futzal üzrə dünya çempionatının 1/8 finalında bu gecə keçiriləcək Tailand – Azərbaycan oyunu televiziya vasitəsi ilə  canlı yayımlanacaq.

İdmanxeber.com-un məlumatına görə, Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində keçiriləcək görüş İctimai televiziya kanalında birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə saat 02.30-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43