Milli komanda

Millimizin oyunu Olimpiya stadionunda

Yığmamızın Moldova ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı və görüşün keçiriləcəyi stadion müəyyənləşib.

İdmanxeber.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bununla da, millimizin üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyundan sonra ikinci dəfə bu arenaya ayaq basacaqlar.

Qeyd edək ki, Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43