Dünyadan

Millimizin üzvü baş məşqçisiz qaldı

Türkiyə Superliqasında çıxış edən “Kayserispor” klubu baş məşqçisi Hakan Kutlu ilə yollarını ayırıb.

İdmanxəbər.com-un məlumatına görə, buna səbəb komandanın çempionatda uğursuz çıxış etməsidir. Belə ki, 13 turdan sonraaktivində 9 xalı olan “Kayserispor” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Sonuncu turda “Trabzonspor”a məğlubiyyətdən sonra baş məşqçi tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, milli komandamızın sabiq üzvü Ufuk Budak da “Kayserispor”da çıxış edir. O, məhz H.Kutlunun istəyi ilə “Kayserispor”a transfer edilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43