Dünya futbolu

“Monako”dan 10 milyon avroluq transfer

Fransa çempionu “Monako” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “knyazlıq klubu” “Renn”in hücumçusu Adama Diakabini heyətinə qatıb. Fransanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan hücumçu 5 illik müqaviləyə imza atıb. Diakabinin transferi “Monako”ya 10 milyon avroya başa gəlib.

21 yaşlı futbolçu ötən mövsümdə “Renn”də keçirdiyi 25 oyunda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43