Dünya futbolu

Mourinyo 1 illik həbs cəzasına razı olmuşdu: Ancaq…

Mourinyo həbsdən son anda qurtulub.

İngiltərə mətbuatının yazdığı xəbərlərə görə, portuqaliyalı mütəxəssis Joze Mourinyo 2011-2012 -ci ilə əldə etdiyi gəlirləri İspaniya Vergilər Nazirliyindən gizlətdiyinə görə haqqında cinayət işi başladılmışdı. 

Aparılan araşdırmalar nəticəsində 3.3 milyon avronu vergidən qaçırtdığı məlum olan təcrübəli baş məşqçi, təxirə salınmaq şərti ilə 1 illik həbs cəzasına razı olmuşdu. Ancaq vəkillər məhkəmə orqanları ilə razılığa gələrək pulun 60 faizini (1.9 milyon avro) Vegilər Nazirliyinə geri ödəyib Jozeni bu cəzadan qurtara biliblər.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43