Dünya futbolu

Mourinyo De Xea üçün Morata və 22 milyon istəyir

İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Madrid “Real”ının forvardı Alvaro Moratanı klubunda görmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı mütəxəssis qapıçı David De Xeanı onun əvəzinə verə bilər. Eyni zamanda qapıçı üçün “Real” Moratadan əlavə 22 milyon funt sterlinq də ödəməlidir.

Bu barədə məlumatı” Real”a yaxınlığı ilə tanınan məşhur ispan jurnalist Gilyem Balaqe yayıb.

Qeyd edək ki, hazırda “Mançester Yunayted”dən başqa heç bir klub Moratanın xidmətində maraqlı deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43