Dünyadan

Mourinyo: “Depayla Şnayderlin bir daha “Mançester Yunayted”də oynamayacaq”

İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo Memfis Depay və Morqan Şnayderlinin bir daha komandada oynamayacağını bildirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə açıqlama verən baş məşqçi sözügedən futbolçular üçün yaxşı təklif gələcəyi təqdirdə onları satacaqlarını açıqlayıb.

Xatırladaq ki, fransalı mərkəz müdafiəçisi Morqan Şnayderlinlə “Everton” və “Vest Bromviç” klubları yaxından maraqlanır. Memfis Depayı isə “Fənərbaxça”, “Portu” və “Everton” kimi klublar heyətinə qatmaq istəyir.

Qeyd edək ki, cari mövsüm “Mançester Yunayted”in heyətində 8 oyuna çıxan hər iki futbolçu qol vurmağı bacarmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43