Ölkə futbolu

“Mövsümü ikinci bitirsək, uğur saymaq olar” – Murad Musayev

“Çətin oyun oldu. İki komanda da yaxşı mübarixə apardı. Sevinirəm ki, qalib gələn biz olduq. İkinci hissə yaxşı çıxış edib qolları vura bildik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev “Qəbələ” oyunundan sonra deyib. O, daha sonra belə davam edib:

“Elvin Camalov və Amin Seydiyev sarı vərəqə aldıqları üçün ikinci hissə əvəzlədim.

Namiq Ələsgərov uzun müddətdir zədəli idi. Antalyada da oynamadı. Son həftələr əvvəlki Namiqi görməyə başlayıram. Onun üçün də ona şans verdim.

“Sabah” gənc klubdur. “Qaranağ” isə çox təcrübəli  komandadır. Başa düşürəm intriqa  olmasını istəyirsiniz. Amma mövsümü ikinci bitirsək, uğur sayıla bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43