Ölkə futbolu

“Vüqar Həsənli layiqli qələbə qazandı” – Elmar Baxşıyev

“Çətin oyun oldu. Çox danışmaq istəmirəm. Söz vermişdim ki, hakimliklə bağlı danışmayım. Amma olmadı. Vüqar Həsənli layiqli qələbə qazandı. Onu təbrik edirəm. Bizə qarşı fərqlidirlər. Ötən turda da ilk penalti yanlış idi. Hakimin verdiyi qərarlar qıcıq yaradır. Bir az diqqətli olsunlar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Sabah” oyunundan sonra deyib. O, daha sonra belə davam edib:

“Futbol emosiya oyunudur. Onlar da hakimlərin elədiyini hiss edirlər.  Bu, birinci dəfə deyil  başımıza gəlir. Qabağa baxmalıyıq. Ancaq hakimlər komadaya təsir edirlər, qıcıq verirlər. Oyunda da nöqsanlar var. Görürük, deyirik. Daha da əzmkar olmalıyıq. Yaxın günlərdə transfer olacaq. Hücumameyilli oyunçudur. Dəqiqləşməyib deyə, adını demək düzgün olmaz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43