Premyer iqanın 30-cu turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə 2:0 hesabı ilə öndə olduğu matçda “Bakı”yla sülhə razılaşıb – 2:2.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun baş məşqçisi Mustafa Dənizli matçdan sonra bunları deyib:
“Oyun azarkeşlərə zövq verdi. Matçda futbol adına hər şey var idi. 3 xalı qazana bilmədik. Premyer Liqada Avropa Liqasına vəsiqə qazanmaq üçün şansımız olmadığı üçün fikrimizi toparlaya bilmirik. Kubokda daha uğurlu olmaq üçün bugünkü oyun bizə bir dərs oldu. Premyer Liqa bizim üçün hal-hazırda ikinci planda olduğu üçün əsas heyətin bəzi futbolçularına istirahət verməyim adı haldır”.