Dünya futbolu

“Napoli” gürcü futbolçusu ilə müqavilə uzadır

“Napoli”nin ulduzu Xviça Kvaratsxeliya klubla müqavilə uzadacaq.

İdmanxeber.az “Foot Mercato”naya istinadən xəbər verir ki, yarımmüdafiəçi Neapol təmsilçisi ilə müqavilə yeniləməyə razılaşıb. Sözləşmənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Futbolçunun maaşı illik 1 milyon avrodan 2,5 milyona yüksələcək. Bonusları da nəzərə alsaq, gürcü futbolçunun illik gəliri 4 milyon avroya çata bilər.

“Napoli” Kvaratsxeliyanın transferi üçün ən azı 100 milyon avro tələb edəcək.

Xviça bu mövsüm A Seriyasında 23 oyuna çıxıb və 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43