Kateqoriyasız

“Neftçi” bir hücumçu heyətinə qatdı – ÖZƏL

Son ölkə çempionu “Neftçi” sabah Türkiyəyə yola düşür.

Paytaxt klubu qış fasiləsini Antalyada keçirəcək. Köhnə-yeni baş məşqçi Böyükağa Hacıyev icarədən qayıdan futbolçularla bağlı qərarını məhz bu toplanışda açıqlayacaq.

İdmanxeber.com-un etibarlı mənəbədən əldə etdiyi məlumata görə, “ağ-qaralar” artıq bir futbolçusunu heyətində saxlayacaq. Bu hücumçu Elşən Abdullayevdi. Hacıyev “Sumqayıt”da icarə əsasında oynayan Abdullayevlə bağlı qərarını verib. Gənc forvard heç bir kluba icarəyə verilməyəcək.

Qeyd edək ki, “Neftçi” bu il heç bir transfer gerçəkləşdirməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43