İdman

“Neftçi” Gəncədə narahatdı: İcra başçısısından qonaqlara hörmətsizlik

Hazırda davam edən "Kəpəz" – "Neftçi" matçında maraqlı bir məqam diqqətdən qaçmayıb.

İdmanxeber.com-un Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Neftçi" klubunun rəsmilərivə futbolçuların qohumları VİP tribunası elə də ideyal səviyyədə olmayan stadionun onlar üçün ayrılmış yerini tərk ediblər.

Buna səbəb Gəncə şəhər icra başçısı Elmar Vəliyevin onlara qarşı etdiyi hörmətsizlik olub. İcra başçısı "Kəpəz"ə azarkeşlik etməyən paytaxt klubunun rəsmilərinin tribunadan uzaqlaşdırılması göstərişini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43