Premyer Liqa

“Neftçi” məşqçiləri ilə yolları ayırdı – RƏSMİ

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə iclas keçirilib.

Iclasda “Neftçi”nin Azərbaycan Premyer Liqası və ölkə kubokunda çıxışı ilə bağlı icraçı direktor Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevin hesabatları dinlənilib. “Zirə” ilə XXVIl tur matçında legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət qəti narazılıqla qarşılanıb. Həmçinin, “Neftçi”nin məşqçiləri – Aleksandr Deriberin və İqor Getmanla müqavilə müddətinin artırılmaması ilə bağlı verilmiş qərar təsdiqlənib.

Komandanın məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43