Kateqoriyasız

“Neftçi” “Mladost”la bacarmadı (YENİLƏNİB)

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu turnirdən mübarizə aparna "Neftçi" ilk matçına çıxacaq. "Ağ-qaralar" ilk görüşdə Çernoqoriyanın "Mladost" klubu ilə qarşılaşacaqlar.

Matçın favoriti sayılan paytaxt klubu ilk matçda sərfəli nəticə qazanmaqla səfər görüşünə rahat yollanmaq niyyətindədi.

Qeyd edək ki, bu komandalar cavab görüşü bir həftə sonra Monteneqroda keçiriləcək.

2 iyul

Avropa Liqası, I təsnifat mərhələsinin ilk oyunu

21:00. "Neftçi" (Azərbaycan) – "Mladost" (Monteneqro) 2:2

Qollar: Laqator, 34 (0:1), Kamal Qurbanov, 36 (1:1), Araz Abdullayev, 55 (2:1), Mirkoviç, 87 (2:2) 

Hakimlər: Ali Palabıyık, Cem Satman, Ceyhun Sesigüzel, Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)

Bakı. 8-ci km qəsəbə stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43