Ölkə futbolu

“Neftçi” Saşa Stamenkoviç və Mahir Şükürovdan məhrum oldu

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşləri
çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Neftçi” bu
oyunda 4 aparıcı üzvü olmadan mübarizə aparmalı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Mahir Şükürov, Saşa
Stamenkoviç, Cavid İmamverdiyev və Elvin Yunuszadə cəzalı durumda olduqlarına
görə “bankirlər”lə matçı buraxmalı olacaqlar.

Qeyd edək ki, “İnter” – “Neftçi” matçı sabah
saat 19:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43