Ölkə futbolu

“Neftçi” və “Qəbələ” azarkeşlərinə görə cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib

Topaz Premyer Liqasının VIII turunun “Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ” klubunun  futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəza alıb, klub 200 manat cərimə olunubOyunun 64-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün əyalət təmsilçisi 1600 manat cərimə olunub.

Matçın eyni dəqiqəsində  “Neftçi” klubunun azarkeşləri tərəfindən də meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub .

Qeyd edək ki, “Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” klubu tərəfindən ödəniləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43