Premyer Liqa

“Neftçi” və “Keşlə” qələbə qazandı – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki matç baş tutacaq.

Günün ilk oyunu Qəbələdə baş tutacaq. Burada yerli “Qəbələ” klubu “Neftçi”ni qonaq edəcək. Qeyri stabil oyunu ilə yadda qalan klubların duelində hər iki tərəfə 3 xal vacibdi. Qriqorçukun yetirmələri qələbə qazanmaqla “Qarabağ”ın xal itkisindən maksimum yararlanmaq niyyətindədisə, “Neftçi” ilk “dördlük”ə düşmək üçün bu səfərdən mütləq qalib ayrılmalıdı.

Günün son oyununda isə “Zirə” “Keşlə”ni qonaq edəcək.

4 mart (bazar)

15:30. “Qəbələ” – “Neftçi” 1:2
Qol: Elvin Məmmədov, 33, Mirabdulla Abbasov, 57 (1:1), İqnasio Herrera, 73 (1:2)

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev

Qəbələ şəhər stadionu.

18:00. “Zirə” – “Keşlə” 1:2
Qol: Tərlan Quliyev, 13 (0:1), Elşən Abdullayev, 28 (1:1), Slavik Alxasov, 73 (1:2)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov

Zirə İdman Kompleksinin stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43