İdman

Ruslan Qurbanov: “…komandada həvəs yoxdu”

“Qəbələ”nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi”yə uduzduqları (1:2) matçdan sonra jurnalistləırin suallarını cavablandırıb.

İdmanxeber.com-un əməkdaşının da iştirak etdiyi brifinqdə o, əvvəlcə matç barədə fikirlərini bildirib:

– Təəssüf ki, məğlub olduq. Heç kimin əhvalı yaxşı deyil. Çox pis haldı ki, hesabda öncə olduğumuz vaxtda iki kobud səhvə yol verdik. Bu səhvlərə görə məğlub olduq.

– “Qəbələ” son iki matçda özünə bənzəmir, çox zəif futbol sərgiləyir. Bu, nə ilə bağlıdı?
– Ola bilsin ki, komandada həvəs yoxdu. Yaxud siz elə düşünürsüz. Düzü, bu suala cavab vermək çətindi. Hər şeyi həll edən və qərar verən baş məşqçidi. Mənim işim menydana çıxıb futbol oynamaqdı.

– Oyunun gedişində ciddi zədə aldın. Durumun necədi?
– Dəqiq bilmirəm. Həkim deyir ki, ola bilsin, çat və ya qırıq var. Hazırda zədəmin yeri çox pis ağrayır. Ümid edirəm ki, ciddi bir şey olamayacaq. 

– Bu məğlubiyyət lider “Qarabağ”dan 10 xal geri düşməyinizə səbəb oldu. “Qəbələ”nin çempionluqdan əl çəkdyini düşünmmək olar?
– “Qarabağ”a çatmaq çox çətin olacaq. Məqsədimiz oyunlara çıxaraq, vuruşmaq və qələbə qazanmaqdı. Necə olacağını zaman göstərəck.

– Belə məğlubiyyətdən sonra “Neftçi” ilə Azərbaycan Kuboku matçlarına çıxmaq psixoloji cəhətdən çətin olmayacaq?
– Kubok fərqli turnirdir və köklənmə başqa cür olur. Əlbəttə, hazırda psixoloji baxımdan bir qədər məyusuq. Lakin özümüzdə güc tapmalı, toparlanmalı və yolumuza davam etməliyik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43