Ölkə futbolu

“Neftçi”də “baş qaldıranlar”

Premyer Liqanın XV turu çərçivəsində səfərdə “Sumqayıt”ın qonağı olacaq “Neftçi” bu oyuna ciddi itkilərlə çıxacaq.

Paytaxt klubunun 3 aparıcı üzvü çempionatın autsaderi ilə qarşılaşmada meydanda olmayacaqlar.  Belə ki, Mahir Şükürov, Deniz Silva və Flavinyo cəzalı durumda olduqları üçün səfər matçında forma geyinə bilməyəcəklər. 

Ümumiyyətlə yeni mövsüm başlayandan “ağ-qaralar”da nizam-intizam demək olar ki, aşağıdı. Xüsusəndə brazilyalı oyunçular özlərini ölkələrindəki kimi hiss edirlər, az qala onlardan yaxşısı yoxmuş kimi davranırlar. Saşa Stamenkoviçin cəzası bitir deyə düşünən anda, Flavinyo və Denis “ənənəni” pozmamaq üçün meydana atıldılar.

Bunun məntiqi nəticəsi kimi son turda Flavinyo qırmızı vərəqə alaraq paytaxt klubunu azlıqda qoydu, Denis isə İK tərəfindən cəzalandırıldı.

“Neftçi” tez bir zamanda bu futbolçularla bağlı ölçü götürməsə axırı bundan da betər olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43