Kateqoriyasız

“Neftçi”də kütləvi zəhərlənmə

“Neftçi” klubunda kütləvi zəhərlənmə baş verib. 

İdmanxeber.com-un Futbolxeber.az-a istinaədn verdiyi məlumata görə, xoşagəlməz hadisə klubun bazasında baş verib. Əvvəllər bazanın işçiləri üçün yeməkləri təcrübəli aşpazlar hazırlayırdı. Onların hazırladıqları yeməklərdən həm komanda üzvləri, həm də bazanın işçiləri qidalanırdı. Lakin Elnur Məmmədovun “Neftçi”yə gəlişindən sonra xüsusi personal işindən ayrılmalı olub. Mətbəxdə baş aşpaz olmaqla bütün heyəti işdən kənarlaşdırıb. Səbəb kimi isə bildirilib ki, bundan sonra bazaya yeməklər kənardan sifarişlə gətiriləcək. Bu da yekunda zəhərlənməyə gətirib çıxarıb. Keyfiyyətsiz qidalardan 20 işçi zəhərlənib. Ən pis durumda olan isə Elnur Məmmədovun köməkçisi Elnur Nağdəliyevdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43