Kateqoriyasız

Əliyar Ağayev Avropa Liqasında

FİFA referirimiz Əliyar Ağayev Avropa Liqasının oyunlarına təyinat alıb.

İdmanxeber.com-un əlumatına görə, Ağayev "Vorskla" (Ukrayna) – "Jilina" (Slovakiya) cavab matçını idarə edəcək. 

Ə.Ağayevin köməkçiləri Zeynal Zeynalov və  Rza Məmmədov olacaq. Rəhim Həsənov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Vorskla" – "Jilina" oyunu avqustun 6-ı saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43