Ölkə futbolu

“Neftçi”dən Elnurun sərt ittihamına cavab: “Hətta “Xəzər Lənkəran”lı azarkeşlərlə belə problemi olursa…”

"Neftçi" – "Qəbələ" oyununun (2:1) gedişində meydan sahibi komandanın azarkeşləri qonaqların futbolçusu Elınur Allahverdiyevi "söyüş atəş"inə tutmuşdular.

Oyundan sonra E.Allahverdiyev saytımıza verdiyi müsahibədə azarkeşlərin "Neftçi" rəhbərliyi tərəfindən qəsdən öyərdildiyi haqda iddia irəli sürmüşdü. Paytaxt klubundan müdafiəçinin bu açıqlamasına münasibət gəlib.

Klubun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə idmanxeber.com-a verdiyi açıqlamada bunları dedi:

"Bu Elnurun ilk problemi deyil. Bundan öncə onun "Qarabağ"la oyunda azarkeşlərlə problemi olmuşdu. Hətta "Xəzər Lənkəran"da oynayarkən belə azarkeşlərin sərt sözləri ilə üzləşmişdi. Elnur bizim azarkeşlərin ünvanına ağır ifadələrlə söyüş söyüb. Amma Elnurun bizə şər atması, belə bir ittiham səsləndirməsi sadəcə gülüncdür. Onların azarkeşləri də Mahiri söydülər. Ancaq Mahir onların bu söyüşünə öz alqışları ilə cavab verdi. Elnur problemi özündə axtarmalıdı. O neçə dəfə buna görə klubu tərəfindən cəzalandırılıb və ümid edirik ki, bu dəfə də "Qəbələ" buna biganə qalmayacaq. Hamı bilir ki, kim kimdir. Əgər möhtəşəm azarkeşi olan "Xəzər Lənkəran"da fanatlarla problemi olursa burada başqa şeydən danışmaq yersizdi. Problemin kimdə olduğu hamıya bəllidi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43