İdman

“Neftçi”nin futbolçusu Almaniyada

“Neftçi” zədəli futbolçularının hazırkı vəziyyətiylə bağlı məlumat yayıb.

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Elşən Abdullayev müalicə və bərpa prosesini Almaniyanın Donauştaf vilayətində davam etdirir. Futbolçunun yekun bərpa müddəti həkim müayinəsindən sonra bəlli olacaq.

Topuğundan zədə almış Murad Ağayev də bərpa prosesi keçir. Yarımmüdafiəçinin sentyabrın 26-27-də komanda ilə məşqlərə başlayacağı planlaşdırılır. Dizindən zədə almış Aqşin Qurbanlının da Ağayevlə eyni vaxtda komandaya qoşulacağı gözlənilir.

Topuğundan zədələnmiş Orxan Qurbanlının da bərpa prosesi davam edir. Onun sentyabrın 27-28-də komanda ilə məşqlərə qoşulacağı gözlənilir.

Dabanından zədələmiş Kamran Nəcəfzadə hazırda bərpa prosesi keçir.

Müdafiəçi Vançe Şıkovun topuğunun müalicəsi başa çatıb. Makedoniyalı futbolçu komanda ilə məşqlərdə iştirak edir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43