Ölkə futbolu

“Neftçi”nin futbolçusu “Sumqayıt”da

Azərbaycan millisinin sabiq üzvü Cavid İmamverdiyev “Neftçi”ni tərk edib.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını “Sumqayıt”da davam etdirəcək. O, “gənclik şəhəri” təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, İmamverdiyev 2010-cu ildən “Neftçi”də çıxış edirdi. O, 2014/14 mövsümündə icarə əsasında “Elazığspor”da forma geyinmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43