Kateqoriyasız

“Neftçi”nin oyun alqı-satqısında iştirakı təsdiqləndi (VİDEO)

Kiyev “Dinamo”sunun keçmiş müdafiəçisi Viktor Serebryanikov SSRİ çempionatının sonlarında “Neftçi”yə oyun satdıqlarını etiraf edib.

İdmanxeber.com-un məlumatına görə, 75 yaşında dünyasını dəyişən veteran müdafiəçi həmin müsahibədə oyunu satdıqları üçün “Neftçi”dən 80 min rubl aldıqlarını bildirib: “Neftçi” ilə oyundan əvvəl bazada idim. Məni çağırdılar. Çıxdım, gördüm ki, Banişevski ilə Markarovdu. Avtomobilə əyləşdik. Onlara 3-cü yer lazım idi. Mənə bir qalaq pul verdilər və “Vitya, götür” dedilər. Mən də uşaqlarla söhbət etməli olduğumu dedim. Ağlasığmaz miqdarda pulu – təxminən 80 min rublu götürdüm. Bazaya qayıdıb, əsas heyətin üzvlərini topladım. Pulu ortaya qoyub və “Bizə xal lazım deyil. Artıq çempionluğu təmin etmişik” dedim. Uşaqların gözlərindən hiss edirdim ki, hamısı pulu götürməyimizi istəyir, amma qorxurlar. Onda pulu götürüb “yaxşı, aparıb qaytarıram” dedim. Bu vaxt pula elə hücum etdilər ki…”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43