Ölkə futbolu

“Neftçi”yə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm” – polşalı məşqçi

“Neftçi”ni səhvlərə məcbur etdik. Oyunda bir çox qol imkanları yarada bildik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Polşanın “Medz Leqnitsa” klubunun baş məşqçisi Qzeqorj Mokri “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib. 38 yaşlı çalışdırıcı daha sonra belə davam edib:

“Oyunda yaxşı müdafiə olunduq. Hücumda pis təsir bağışlamadıq. Kifayət qədər qol vəziyyətlərimiz var idi. “Neftçi”yə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm. Bu cür səhvləri aradan qaldırmalıyıq ki, növbəti matçlarda bir daha təkrarlanmasın”.

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı zamanı son yoxlama görüşünü yanvarın 19-da Serbiya klubu “Srvena Zvezda”ya qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43