Dünya futbolu

“Barselona” onun üçün 100 milyon tələb edir

“Barselona”nın yarımmüdafiəisi Rafinya karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az xarici mətbuata istinədan xəbər verir ki, oyunçunun xidmətində “Arsenal” maraqlıdır. London təmsilçisdi Mixail Mudriki heyətə qata bilmədiyi üçün Rafinyanı rənglərinə bağlamaq istəyir.

Kataloniya təmsilçisi braziliyalı futbolçunu satmağa müsbət yanaşmır. Ancaq prezident Laportanın Rafinyaya 100 miyon avro qiymət qoyduğu və yalnız bu halda oyunçusunu sata biləcəyi bildirilib.

26 yaşlı futbolçu bu günə qədər “Barselona”nın heyətində 26 oyun keçirib və 3 qol vurub, 5 assit edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43