İdman

“Neftçi”yə bir gündə 2 “zərbə”

Digər klublarımız kimi təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” bu gün daha iki dəfə yoxlama matçında qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, 3 gün əvvəl “SKA-Xabarovsk”a 1:8 hesabı ilə uduzan Tərlan Əhmədovun komandası yenə məğlubiyyətlərə üzülüb. Müvafiq olaraq Rumıniya klubu “Konkordiya”və Bolqarıstan “Slaviya”sı ilə üz-üzə gələn “ağ-qaralar” hər iki matçda minimal hesabla uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43