Dünya futbolu

Neymar 1-ci, Azar isə 2-ci oldu

“Sky Sports” Avropanın top liqalarında hansı futbolçuya qarşı daha çox kobudluq edildiyini araşdırıb.

İdmanxeber.com-un məlumatına görə, bu araşdırma “Çelsi” – “Mançester Yunayted” oyunundan sonra aktuallaşıb. Belə ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Antonio Konte ilk 25 dəqiqədə kobudluğa görə Azarın oynaya bilmədiyini bildirmişdi.

Bu mövsüm ən çox kobudluq Neymara qarşı edilir. Ona qarşı 99 dəfə qayda pozulub. Azarı isə 75 dəfə qaydalardan kənar şəkildə saxlayıblar. 3-cü yerdə “Barselona”nın digər forvardı Messi qərarlaşıb. Ona qarşı 51 dəfə qayda pozulub.

Lakin İPL-də 2014-2015 mövsümündən bəri aparılan statistikaya əsasən Azara qarşı artıq 258 dəfə kobudluq nümayiş etdirilib. 2-ci yerdə “Kristal Palas”dan Uilfrid Zaa (210), 3-cüdə isə “Liverpul”un futbolçu Sado Mane (195 ) var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43