25 Fevral 2020
Premyer Liqa

Nicat Qurbanov: “Səhvimi də başa düşürəm”

“Kəpəz”in əsas komandasının üzvü Nicat Qurbanovun dörd oyunluq cəzası artıq başa çatıb. “Qəbələ” ilə oyunda qırmızı vərəqə alaraq komandanı azlıqda qoyan futbolçu uzun müddətdir meydanda görünmür.

İdmanxeber.com-un məlumatına görə, cəzasının başa çatması ilə bağlı klub saytına açıqlama verən yarımmüdafiəçi bunları deyib: “Bir ay demək olar ki, Premyer Liqada futbol oynamadım, bu da oyunçu üçün böyük cəzadır. Səhvimi də başa düşürəm. Səhvim vardı, bunu danmıram. Bundan sonra belə şeylərə yol verməyəcəm. Cəzalandığıma görə dörd  oyunda iştirak etmədim və bununla da komandaya yardımçı ola bilmədim. Özüm də futbolsuz qaldım. Bundan sonra “Kəpəz” üçün daha yaxşı nədirsə, onu etməyə çalışacam. Futbol oynamasam da, məşqlərə öz qaydasında davam etmişəm. Formada qalmaq üçün iki matç əvəzedici heyətdə oynamışam. Baş məşqçimiz Şahin Diniyev şans versə, qarşıdakı turda komandaya oynamaqla kömək etmək istəyirəm”.

Oxşar xəbərlər

“Bakı” “Xəzər Lənkəran”a qarşı bu heyətlə mübarizə aparacaq – VİDEO

admin

Tərlan Əhmədov: “Bəzən bu cür məğlubiyyətlər lazımdı”

admin

Premyer Liqada X tur – Ən yaxşı 5 qol (VİDEO)

admin