Ölkə futbolu

Nigeriya millisinin üzvü “Zirə”də

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən “Zirə” transfer çalışmalarını da davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, bu gün “qartallar”ın sırasına daha bir futbolçu qoşulub. “Zirə” nigeriyalı sağ cinah müdafiəçisi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.

Xatırladaq ki, karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi həmçinin, Nigeriya yığmasının da formasını geyinib.

Qeyd edək ki, futbolçu son olaraq Türkiyənin “Alanyaspor” klubunda forma geyinib. O, ötən ilin sentyabr ayında Türkiyə klubundan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43