Dünyadan

Kollinaya FIFA-da yeni vəzifə verildi

Məşhur italiyalı hakim Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub.

O, bu postda ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib. Kollinadan başqa, qurumda daha 10 nümayəndə çalışacaq. Onlar qaydaların təkmilləşdirilməsi, izahı, yenilənməsi, eləcə də FIFA-nın himayəsi altında keçirilən oyunlara hakim təyinatı ilə məşğul olacaqlar.

Eyni zamanda, UEFA-da hakimlik məsələləri üzrə baş komissar kimi çalışan Kollina 6 dəfə (1998-2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43