İdman

Norveç millisinin baş məşqçisi: “Azərbaycanın bizi təəccübləndirəcəyini düşünmürəm”

“Məşqlərdə çatışmayan cəhətləri aradan qaldırmağa çalışırıq. Müdafiə olunmaq mənasında, bəzi dəyişikliklər edirik. Meydanda daha aqressiv oyun sərgiləməliyik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.

Yerli mətbuata açıqlamasında sentybarın 1-də millimizlə keçiriləcək oyun haqda danışan 69 yaşlı mütəxəssis komandamızda müəyyən dəyişikliklər olduğunu bildirib:

“Azərbaycan millisi əvvəllər əsasən müdafiədən oynayırdı. İndi rəqibimiz daha güclüdür. Yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Onların bizi təəccübləndirəcəyini düşünmürəm. Ancaq futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Hədəfimiz qələbədir. Nə qədər çox qalib gəlsək, o qədər güclü kollektiv olarıq”.

Xatırladaq ki, setybarın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43