Ölkə futbolu

Əfran “Qəbələ” oyunu sayəsində 200-ə çatdı

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

İdmanxeber.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib. “Qəbələ” ilə matça start heyətində başlayan Əfran bunadək 199 qarşılaşmada forma geyinmişdi.

Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov ilk matçını da “Qarabağ”da keçirib. Ümumiyyətlə, onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.

Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43