Kateqoriyasız

Oğuz Çətin: “Avropadan isə Almaniya, Fransa və Hollandiya”

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin dünya çempionatındakı favoritlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, türkiyəli mütəxəssis Almaniyanın dünya kubokunu qazanacağına əmin olduğunu deyib:

“Qrup oyunlarında matçlar bir qədər sönük keçdi. Ancaq 1/8 final görüşləri daha maraqlı olacaq. DÇ-2014-də Cənubi Amerika ilə Avropa təmsilçiləri arasında güclü rəqabətin olacağını düşünürəm.  Braziliya, Argentina, Çili, Uruqvay kimi komandalar böyük uğur əldə edə bilərlər. Avropadan isə Almaniya, Fransa və Hollandiya dünya kubokunu qazanacaq gücdədir.  Finalın Avropa və Cənubi Amerika təmsilçisi arasında olacağını düşünürəm. Ancaq mənim favoritim Almaniyadır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43